AZ

UNEC və ABB Invest arasında strateji əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

Universitet - sənaye işbirliyinin gücləndirilməsi istiqamətindəUNEC növbəti addım atıb.

Belə ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycanınmaliyyə-investisiya sektorunun aparıcı şirkətlərindən biri olan“ABB-İnvest İnvestisiya Şirkəti” (ABB Invest) arasında əməkdaşlığadair memorandum imzalanıb.

UNEC-in rektoru, professor Ədalət Muradov və ABB Invest-inicraçı direktoru Nadir Babazadə tərəfindən imzalanan memorandumunəsas məqsədi kapital bazarlarında bilik və təcrübə mübadiləsinigücləndirmək, maliyyə savadlılığını artırmaq, eləcə də UNECtələbələrinin praktiki bacarıqlarını inkişaf etdirməkdır.

Memorandum çərçivəsində tərəflər maliyyə savadlılığınınartırılmasına yönəlmiş birgə layihələr həyata keçirəcəklər,tələbələrin real iş proseslərinə qoşulması və peşəkar biliklərininmöhkəmləndirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.Memorandumda, həmçinin, tələbələr üçün istehsalat və yay təcrübəproqramları, qiymətli kağızlar üzrə maarifləndirici təlimlər,karyera imkanları, eləcə də maliyyə və iqtisadiyyat sahələrinə dairən son kitabların nəşr olunması nəzərdə tutulub.

UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
Seçilən
49
7
az.trend.az

8Mənbələr