Ləğv edilmiş Yüksəliş Partiyasının keçmiş sədri Anar Əsədli həbs olunub.
Publika.az bildirir ki, bu barədə "Report"a onun vəkili Hikmət Əliyev məlumat verib.
O bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar qəbul edilib:
"Anar Əsədli barəsindəki cinayət işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında həbs edilib. Onun barəsində polis nəzarəti qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib".
 
                        