AZ

Təhlükəsizlik Şurasında təcili islahatlar aparılmalıdır - Antonio Quttereş

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş, BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) dərhal islahat aparılmasının labüd olduğunu bildirib.

Olaylar xarici KİV-ə istinadən xəbər verir ki,"BMT: Gələcəyə Baxış" forumunda iştirak edən Quterreş, Şuranın mövcud strukturunun artıq beynəlxalq ədalət və təhlükəsizlik ehtiyaclarına cavab vermədiyini vurğulayıb.

O deyib ki, BMT TŞ yalnız hegemon dövlətlərin oyun meydanı olmamalıdır.

Quterreş bildirib ki, bir çox hallarda Təhlükəsizlik Şurasının daimi üzvləri BMT Nizamnaməsi prinsiplərini pozaraq hərəkət edirlər və bu, BMT-yə olan etibarı aşındırır. Onun fikrincə, üzvlərin tərkibinin artırılması ədalətin təmin olunmasına və qərarların bir sıra regionların reallıqlarını daha əhatəli şəkildə əks etdirməsinə imkan verə bilər.

O xüsusilə vurğulayıb ki, Afrika qitəsi barışıq missiyalarının yarısını daşısa da, Təhlükəsizlik Şurasında səsi yoxdur. Latın Amerika və Karib bölgəsinin təmsili məhduddur. Asiya-Sakit Okean bölgəsi isə insanlığın yarısından artığını əhatə etməsinə baxmayaraq, yalnız bir daimi yerə sahibdir.

"Əgər Təhlükəsizlik Şurası məqsədinə uyğun olmasa, dünya böyük risk altında qalacaq. Qarşıda duran 80 ilin çağırışlarına cavab verə biləcək, hamıya ədalət və təhlükəsizlik gətirə biləcək yeni qurum yaratmaq bizim vəzifəmizdir", - baş katib bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
3
olaylar.az

4Mənbələr