ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.
İtaliyanın İrpiniya bölgəsində 3,6 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.
Zəlzələnin episentri Avellino əyalətindəki Qrottolella kəndi olub. Yeraltı təkan 16 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ Kampaniya regionunun Sannio və Salerno bölgələrində, eləcə də Neapolda aydın hiss olunub.
Avellino əyalətində məktəblər ehtiyat tədbiri olaraq təxliyə edilib.
İnsanlara və ya əmlaka dəyən ziyan barədə məlumat yoxdur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.