AZ

Anar Əsədli məhkəmə zalında həbs edilib

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib...

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsin həbs edilməsi barədə vəsatət verib.

2 zərərçəkən dəymiş ziyanı ödəmədiyinə görə Anar Əsədlinin həbsi barədə məhkəməyə vəsatət verib. Məhkəmə həmin vəsatəti təmin edib və onun həbsi barədə qərar çıxarıb.

Anar Əsədli məhkəmə zalında həbs edilib.

Növbəti proses 28 noyabra təyin edilib.

Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Poliqon.info

Seçilən
47
10
poliqon.info

10Mənbələr