AZ

Hokkaydo sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb

Yaponiyanın Hokkaydo adaları sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

"Report"un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Nemuro şəhərindən 36 km cənub-şərqdə, ocağı isə 41 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi bildirilməyib.

Seçilən
110
25
musavat.com

10Mənbələr