AZ

Putin əsgər və pul itirir, Ukrayna isə… Rutte ETİRAF ETDİ KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibə zamanı şəxsi heyət və maliyyə resurslarında ciddi itkilərə məruz qalıb və indi Moskvaya əlavə təzyiqə ehtiyac var. 

KONKRET.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte “könüllülər koalisiyası”nın iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Rutte vurğulayıb ki, Putin Ukraynada böyük bir xərclə “marjinal nəticələrə” nail olur, yüz minlərlə rusiyalı münaqişədə həyatını itirir, Ukrayna isə cəsarətini qoruyur və Qərbin dəstəyi davam edir.

“Həqiqət budur ki, Putinin pulu, ideyaları və əsgərləri tükənir. Prezident Tramp çox yaxşı deyib. Onlar olduqları yerdə dayanmalıdırlar. İndi məhz Ukrayna üçün ədalətli sülhə nail olmaq Rusiyaya təzyiqi artırmaqdan keçir”, – NATO Baş katibi vurğulayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya tammiqyaslı müharibənin başlanğıcından bəri 1,135 milyona qədər hərbi qulluqçu itirib.

Sentyabrın sonlarında Tramp Rusiyanın iqtisadiyyatının ağır vəziyyətdə olduğunu və tədricən çökdüyünü qeyd edib. O, həmçinin Ukraynanın Rusiya ordusunun irəliləməsini faktiki olaraq dayandırdığını vurğulayıb.

Müşviq Tofiqoğlu 

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
konkret.az

2Mənbələr