AZ

Avstraliyada sağsağan turistə hücum edib

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avstraliyada sağsağan velosiped sürən turistə hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kvinslend ştatının Reyvensvud şəhərində baş verib.

Müvazinətini itirən 30 yaşlı Marsela Montalva velosipeddən yıxılaraq ağır xəsarətlər alıb. Müayinə zamanı onun qaşının partladığı, almacıq sümüyünün, çənəsinin və nadir hallarda rastlaşılan dilaltı sümüyünün sındığı məlum olub. Bu isə ona qida qəbul edən zaman və danışanda ciddi problemlər yaradır.

Maraqlıdır ki, tibbi  sığortası olmasına baxmayaraq, sığorta şirkəti müalicə xərclərini qarşılamaqdan imtina edib. Buna səbəb kimi qadının velosiped sürərkən qoruyucu şlemdən istifadə etməməsi göstərilib.

Qeyd edək ki, sağsağanların insanlara hücumu Avstraliyada adi hala çevrilib. "Magpie Alert" platformasının məlumatına görə,  təkcə ötən il 3800 belə hadisə baş verib. Hücumların çoxu  quşların yumurta qoyan dövrünə təsadüf edib. Özü də əksər hallarda sağsağanlar velosiped sürən insanlara qarşı aqressiv davranıblar.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
525.az

1Mənbələr