AZ

Belarusda Rusiyanın populyar “VKontakte” sosial şəbəkəsi bloklanıb

Belarusda Rusiyanın “VKontakte” sosial şəbəkəsi bloklanıb.

AzPost bildirir ki, VKontakte sosial şəbəkəsinə girişin məhdudlaşdırılması barədə məlumatlar 24 oktyabr axşamı Telekommunikasiya Nəzarəti Müfəttişliyi olan dövlət müəssisəsi BelGIE-yə istinadən yayılıb.

BelGIE veb saytında girişin 24 oktyabrda “Dövlət Təhlükəsizlik Komitəsinin sorğusu əsasında” məhdudlaşdırıldığı bildirilir. Bloklanma müddəti göstərilmir.
Rusiyanın ən böyük sosial şəbəkəsi Belarusda ilk dəfədir bloklanır.  VKontakte artıq ölkənin ən böyük provayderi olan Beltelecom tərəfindən bloklanıb.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlamalar verilməyib. Lakin Belta dövlət xəbər agentliyinin veb saytı Belarusda “vk.com-a girişin məhdudlaşdırıldığını” təsdiqləyib.

Bildirilib ki, bu bloklanma masaüstü versiyaya aiddir; mobil tətbiq işləməyə davam edir.

“Nasha Niva” nəşri hökumətyönlü ictimai qruplardakı fikirlərin bölündüyü mesajlara istinad edir. Məsələn, təhlükəsizlik qüvvələrinə yaxın bir Telegram kanalı VKontakte-nin “texniki səhv səbəbindən” bloklandığını və vəziyyətin tezliklə düzəldiləcəyini yazıb.

AzPost.az

Seçilən
49
1
azpost.info

2Mənbələr