Fransız rəssam İv Klaynın məşhur monoxrom əsərlərindən biri “Kaliforniya” (IKB 71) Parisdə keçirilən auksionda rekord qiymətə – 18,4 milyon avroya satılıb.
Redaktor.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.
Təxminən iki metr hündürlüyündə və dörd metrdən çox enində olan iri ölçülü tablo 1961-ci ildə Parisdə yaradılıb və ilk dəfə hərraca çıxarılıb. Mütəxəssislər “Kaliforniya”nı Klaynın indiyədək satışa çıxarılan ən mühüm işlərindən biri kimi qiymətləndirirlər. Alıcının kimliyi açıqlanmayıb.
Nuriyyə NATİQQIZI