AZ

Xorvatiya Saboru hərbi təlimin bərpasını nəzərdə tutan qanunu qəbul edib

Bakı. Trend:

Xorvatiya parlamenti (Sabor) ilkin hərbi təlimin geriqaytarılmasını nəzərdə tutan qanun qəbul edib.

Trend xəbər verirki, bu barədə Respublika Müdafiə Nazirliyi məlumat yayıb.

Qanun qüvvəyə mindikdən sonra nazirlik proqramın həyatakeçirilməsinə imkan verən əsasnamələri qəbul edəcək. Nazirlikbildirib ki, hərbi təlimin bərpası Avropada dəyişən təhlükəsizlikmühiti və təbii fəlakətlərin, böhranların sayının artması iləəlaqədardır.

Müdafiə Nazirliyinin sözlərinə görə, proqramın məqsədi gənclərəböhran vəziyyətlərində lazım olan əsas hərbi bacarıqları öyrətməkvə bununla milli təhlükəsizliyi gücləndirməkdir. Məcburi hərbixidmətin ləğvindən sonra 17 il ərzində 17 nəsil, yəni təxminən300.000 nəfər heç bir hərbi təlim almayıb.

Qanuna əsasən, hər il təxminən 4.000 yeni əsgər beş qrupabölünərək hərbi xidmətə çağırılacaq. 2026-cı ildə 2007-ci iltəvəllüdlü kişilər və 19 yaşdan yuxarı könüllülər təliməgöndəriləcək. Qadınlar isə könüllü olaraq təlimdə iştirak edəbiləcəklər. Tibbi müayinələr üçün ilk çağırışlar 2025-ci ilindekabr ayında həyata keçiriləcək.

Seçilən
104
az.trend.az

1Mənbələr