Gəncəli Xalq artisti Şahnaz Haşımova sabah əməliyyat ediləcək.
Xalq artistinin nəvəsi Eldar Abdullayev NOCOMMENT.az-a bildirib ki, Şahnaz xanım hazırda evdədir və özünü yaxşı hiss edir.
“Şahnaz xanım Gəncə Beynəlxalq Xəstəxanasında müayinə olundu. Həkimlər bildirdilər ki, nənəm əməliyyat olunmalıdır. Əgər vaxtında müayinə olunmasaydı, səhhətində problem yarana bilərdi. Həkimlər həmçinin qeyd etdilər ki, Şahnaz xanımın səhhətində ciddi bir problem yoxdur. Şükür Allaha, hər şey yaxşıdır. Şahnaz xanım sabah Gəncə Beynəlxalq Xəstəxanasında əməliyyat olunacaq. Nənəmi cərrah İlkin İsmayılov və Anar Cəfərov əməliyyat edəcək”, – nəvəsi bildirib.
Şahnaz Haşımovamın nəvəsi bildirib ki, nənəsi sabah saat 09:30-da əməliyyat ediləcək.
Qeyd edək ki, az öncə mətbuatda Şahnaz Haşımovanın xəstəxanada olması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Xalq artisti hazırda ev şəraitindədir.