AZ

Almaniyada satışa çıxarılacaq ilk mobil bunker təqdim edilib

Bakı. Trend:

Almaniyada ənənəvi tikinti materialları mağazalarında satışaçıxarılacaq ilk mobil bunker təqdim olunub.

Trend xəbər verirki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Məlumata görə, son aylarda Almaniyada özəl bomba sığınacaqlarınatələbatın artması pərakəndə satış sektorunu da hərəkətəgətirib.

Yeni bunker prototipi "BSSD Defence" və "Veloform" şirkətləritərəfindən hazırlanıb. Sahəsi 16 kvadratmetr olan bu modul qurğuxarici görünüşcə qaraja bənzəyir. Onun hündürlüyü 2,8 metr, divarqalınlığı isə 20 santimetrdir.

Bunkerdə insanların bir həftə ərzində çölə çıxmadan yaşayabilməsi üçün bütün şərait yaradılıb — tualet, duş, kiçik mətbəx,dörd qatlanan çarpayı və pəncərə görüntülü ekranlarquraşdırılıb.

İstehsalçılar bildirirlər ki, bunker dron zərbələrinə və hətta107 millimetrlik raket hücumlarına tab gətirə bilir.

Tam təchiz olunmuş modulun qiyməti təxminən 150 min avro təşkiledəcək.

Seçilən
107
az.trend.az

1Mənbələr