Bakı. Trend:
İrlandiyada keçirilən prezident seçkilərində seçici fəallığının30–40% arasında olduğu təxmin edilir.
Trend xəbər verirki, bu barədə ölkənin "RTE" telekanalı məlumat yayıb.
Yerli vaxtla saat 22:00-da (Moskva vaxtı ilə 00:00) ölkə üzrə5000-dən çox seçki məntəqəsi bağlanıb. Seçki qutuları xüsusimərkəzlərə daşınıb və səslərin sayılmasına sabah səhər saat09:00-da (Moskva vaxtı ilə 11:00) başlanacaq.
Yekun nəticələrin 25 oktyabr günortadan sonra açıqlanacağıgözlənilir. Ümumilikdə təxminən 3,6 milyon vətəndaşın səsvermədəiştirak etmək hüququ var idi.
Seçki bülletenində üç namizədin adı yer alsa da, hakim "FiannaFoyl" (FF) partiyasının nümayəndəsi Cim Qevin kampaniyadançəkildiyini açıqlayıb. Beləliklə, prezidentlik uğrunda mübarizəmüstəqil siyasətçi Ketrin Konnolli və iqtidar koalisiyasınıntərəfdaşı olan mərkəzçi "Fine Qel" partiyasının namizədi HizerHamfris arasında davam edib.