AZ

Xorvatiyada məcburi hərbi xidmət bərpa edilir

Xorvatiya parlamenti ölkədə məcburi hərbi xidmətin bərpasını təsdiqləyib.

Oxu.Az AP agentliyinə istinadən xəbər verir ki, parlament Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropada artan gərginlik fonunda müvafiq qanunu qəbul edib.

Qanuna əsasən, xidmətin müddəti iki ay olacaq və əsas hərbi təlimi əhatə edəcək.

Qeyd edək ki, Xorvatiya 2008-ci ildə müqaviləli ordu sisteminə keçib və o zamandan bəri hərbi xidmətə kütləvi çağırış dayandırılıb.
Seçilən
67
1
sherg.az

2Mənbələr