ABŞ prezidenti Donald Tramp 30 oktyabrda Cənubi Koreyada Çin Xalq Respublikasının sədri Si Cinpinlə keçirəcəyi görüşdə hansı məsələləri müzakirə etməyi planlaşdırdığını açıqlayıb.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Görüşdə müzakirə edəcəyimiz mövzulardan biri Rusiya və Ukrayna olacaq. Biz Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etmişik. Bunlar çox sərt və təsirli sanksiyalardır. Mən istərdim ki, Çin bu məsələdə bizə dəstək versin”, - deyə o bildirib.