Bildirilib ki, günün ilk matçında "Araz-Naxçıvan" "Sabah"la üz-üzə gələcək.Qarşılaşma saat 16:00-da start götürəcək. Naxçıvan təmsilçisi 15 xalla üçüncü, Bakı klubu 14 xalla dördüncü sıradadır.Günün ikinci görüşündə "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Bu oyun saat 18:30-da başlayacaq. Meydan sahibləri 13 xalla altıncı, qonaqlar 14 xalla beşinci pillədə qərarlaşıb.Misli Premyer LiqasıI dövrə, IX tur25 oktyabr16:00. "Araz-Naxçıvan" – "Sabah"Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov.VAR: Rəvan Həmzəzadə.AVAR: Cəmil Quliyev.Hakim-inspektor: Şahin Cəfərov.AFFA nümayəndəsi: Emin Cəfərov."Liv Bona Dea Arena"18:30. "Zirə" – "Sumqayıt"Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.VAR: Fərid Hacıyev.AVAR: Namiq Hüseynov.Hakim-inspektor: İmanxan Sultani.AFFA nümayəndəsi: Elçin Mehtiyev.Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, ötən gün "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" isə "Kəpəz"i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.