AZ

Sabiq YAP-çı deputat: Ramiz Mehdiyevlə bağlı sualdan yayınan məmurlar əqidəsizdir

“Ramiz Mehdiyevlə bağlı bəzi dövlət məmurlarına sual verəndə, cavab verirlərki: İstintaqın nəticələrini gözləyək, bəziləri də iki başlı danışıb sualdan yayınırlar. Bu tip adamlar “Bəlkədə qaytardılar xülyası” ilə yaşayan əqidəsiz və mövqesiz “şəxslərdilər”!”

Azreform.info  xəbər verir ki, bunu sabiq YAP-çı deputat Musa Musayev öz sosial  media hesabında yazıb.

 Sabiq deputat bildirib ki, bunlar vaxtilə parlamentdə (2000 - 2005-ci illərdə) dəfələrlə dediyim kimi, ayağının birini çayın o tayına, birinidə bu tayına qoyan nankorlardılar: “Onlar vaxtilə Ramiz Mehdiyevin xeyir-duası ilə iş başına keçənlərdilər! Ramiz Mehdiyevin Xəyanətkar , Korrupsioner və Cinayətkar olması Aksiomdur! Bunun sübuta ehtiyacı yoxdur! Ramiz Mehdiyev barədə danışmaq üçün alnın açıq, üzündə ağ olmalıdır ki, keçmiş zibillərinin üstü açılmasın. Bir - neçə nəfər danışmaq istədi, özlərini biabır etdilər. Danışanda gərək real fakta söykənəsən: Keçmiş çıxışlarını və yazılarını gündəmə gətirəsən”.

Musa Musayev  daha sonra deyib: “Təkcə mənim 2000-2005-ci illərdə Parlamentdəki çıxışlarıma baxmaq kifayət edir ki, mənim Ramiz Mehdiyevə qarşı olan mövqeyim necə olub. Siyasətlə məşğul olan hər kəs bilir ki, Ramiz Mehdiyev mənim əzəli və əbədi düşmənimdir!”

Mürtəza

Seçilən
2
2
azreform.info

3Mənbələr