AZ

Makron ABŞ-ın Rusiyaya qarşı sanksiyaları dönüş nöqtəsi adlandırıb

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları “dönüş nöqtəsi” adlandırıb.

Bu barədə o, Sky News telekanalına açıqlamasında bildirib.

“Amerika sanksiyaları, şübhəsiz ki, dönüş nöqtəsidir. Onların effektivliyi Rusiyanın müharibəni maliyyələşdirmə imkanlarına istər-istəməz təsir göstərəcək”, – deyə Makron qeyd edib.

Fransa lideri həmçinin vurğulayıb ki, beynəlxalq ictimaiyyətin vahid və ardıcıl addımlar atması münaqişənin diplomatik yolla həlli üçün əsas şərtdir.

"Cebheinfo.az" 

Seçilən
26
6
cebheinfo.az

7Mənbələr