Andres İnyesta Lamin Yamalın “Real Madrid”lə bağlı sözlərinə münasibət bildirib. Bazar günü Madrid klubu La Liqanın 10-cu turu çərçivəsində “Barselona”nı qəbul edəcək.
Publika.az xəbər verir ki, kataloniyalı cinah oyunçusu Yamal “Real” haqda “Bəli, onlar aldadırlar və şikayət edirlər” demişdi.
Yamalın şərhləri ilə bağlı sualı cavablandıran İnyesta deyib ki, bunlar “klassikoya bir az ədviyyat qatan şərhlərdir”.
“Şərhdən asılı olmayaraq, möhtəşəm matç olacaq. Baxacağıq ki, necə olacaq. Oyunçular dediklərinə çox diqqət yetirirlər, xüsusən də belə matçlardan əvvəl. Düzünü desəm, xəbərləri çox izləmirəm.