AZ

BDYPİ-dən həftəsonu səfərləri öncəsi vacib xəbərdarlıq

Bakı.Trend:

Həftəsonu paytaxt və digər şəhər, rayon sakinlərinin bölgələrəsəfərlərinin artması avtomobil yollarında nəqliyyat axınınınintensivliyini yüksəldir.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonusəfərə hazırlaşan sürücülərə müraciətində deyilir.

Bu səbəbdən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisiİdarəsi tərəfindən respublika ərazisində təhlükəsizliyin təminolunması məqsədilə nəzarət-profilaktik tədbirlər gücləndirilib,patrul xidmətinin fəaliyyəti daha da intensivləşdirilib.

Lakin müşahidələr göstərir ki, bəzi hallarda sürücülərtərəfindən yol hərəkəti qaydalarına riayət olunmaması, tələskənlik,diqqətsizlik və məsuliyyətsiz davranışlar ağır nəticəliyol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə çıxmağa hazırlaşansürücülərə müraciət edərək, mənzil başına təhlükəsiz çatmaq üçünnəqliyyat vasitələrinin texniki sazlığını öncədən yoxlamağı, nasazavtomobillərlə yola çıxmamağı, sürət həddinə, ötmə və manevretməzamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, həmçinin yol vəhava şəraitini nəzərə almağı tövsiyə edir.

Eyni zamanda uzun məsafəli səfərlərdə fasilələrlə hərəkət etmək,yorğun və ya yuxusuz halda sükan arxasına əyləşməmək, diqqətiyayındıran hərəkətlərdən çəkinmək mühüm əhəmiyyət kəsb edir.

Unutmayaq ki, yol hərəkəti zamanı intizam və məsuliyyət —təhlükəsizliyin əsas təminatıdır.

Məqalədə:
Seçilən
15
37
az.trend.az

5Mənbələr