Azərbaycan Basketbol Liqasında (ABL) bu gün IV turun daha iki oyunu baş tutacaq.
Offsideplus.az xəbər verir ki, ilk olaraq "Sərhədçi" "Naxçıvan"la üz-üzə gələcək.
Görüş saat 14:00-da start götürəcək. Bu iki komanda B qrupunda mübarizə aparır.
"Sərhədçi" dörd xalla beşinci, Naxçıvan klubu 5 xalla dördüncü pillədə qərarlaşıb.
Günün digər qarşılaşmasında A qrupunda çıxış edən "Abşeron Lions"la "Neftçi" qarşılaşacaq.
Oyun saat 18:00-da başlayacaq.
"Abşeron Lions" bu qrupda 6 xalla ikinci, rəqiblərindən bir oyun az keçirən "ağ-qaralar" 3 xalla dördüncüdür.