AZ

Luvrın zinət əşyaları təhlükəsizlik səbəbilə Fransanın Mərkəzi Bankına köçürüldü

 Fransanın məşhur Luvr muzeyinə məxsus qiymətli zinət əşyaları təhlükəsizlik vəziyyəti ilə bağlı müvəqqəti olaraq Bank de Fransın (Fransa Mərkəzi Bankı) anbarına yerləşdirilib.

Musavat.com xəbər verir ki, RTL telekanalının məlumatına görə, bu əşyalar bankın əsas seyfində — yer səthindən 26 metr dərinlikdə yerləşən xüsusi yeraltı saxlanma mərkəzində qorunur. Həmin mərkəzdə həmçinin Fransanın qızıl ehtiyatının təxminən 90 faizi saxlanılır.

Muzey rəhbərliyi bu addımın təhlükəsizlik sistemlərinin yenilənməsi və risklərin qiymətləndirilməsi dövründə müvəqqəti xarakter daşıdığını bildirib.

Musavat.com

Seçilən
80
1
musavat.com

2Mənbələr