AZ

İnfakta zəmin hazırlayan qidalar Onlardan uzaq durun!

Sitat.info saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qan-damar sistemində problemlərə — o cümlədən infarkt riskinə  səbəb olan qidalar əsasən damarların daralmasına, xolesterinin yüksəlməsinə, iltihabın artmasına və qan təzyiqinin pozulmasına gətirib çıxaran qidalardır. Sağlam həyat və uzun ömür yaşamaq üçün bu qidalardan uzaq durmaqda fayda var. 

Sitat.info həmin siyahını təqdim edir. 

Doymuş və trans yağlarla zəngin qidalar

Bu növ yağlar damarların daxili səthində “lövhəciklər” (plaklar) əmələ gətirərək ateroskleroz (damar bərkiməsi) yaradır. Bu yağları necə qəbul edirik?

- qızardılmış fast-foodlar (kartof, toyuq, burger və s.),

- emal olunmuş ət məhsulları (kolbasa, sosiska, vetçina, bekon)

- Yağlı qırmızı ət (mal, qoyun, donuz)

- Sənaye yağları (marqarin, hidrogenləşdirilmiş yağlar)

- Kərə yağı və qaymaq (çox miqdarda)

 

Şəkərli və emal olunmuş karbohidratlar

Bu qidalar qan şəkərini və trigliseridləri artırır, nəticədə ürək-damar xəstəlikləri riski yüksəlir.

- Qəlyanaltılar və desertlər (paxlava, tort, biskvit, şirniyyat)

- Qazlı içkilər və hazır meyvə şirələri

Ağ çörək, ağ düyü, ağ un məhsulları

 

Duzlu qidalar

Artıq duz (natrium) hipertoniya - yəni, yüksək qan təzyiqi yaradır və bu da infarkt riskini artırır.

Mənbələr:

- Konservlər və turşular

-  Çips, kraker, duzlu pendir

- Hazır souslar (soya sousu, ketçup, mayonez)

Spirtli içkilər

Spirtin çox qəbulu qan təzyiqini və trigliseridləri artırır, həmçinin ürək ritmini pozur.

 

Emal olunmuş sənaye qidaları

Hazır yeməklər, uzunmüddətli saxlanma üçün hazırlanmış məhsullar (konservlər, dondurulmuş fast-food) — çox vaxt həm duz, həm yağ, həm də şəkər baxımından zəngindir.

Qan-damar sağlamlığını qoruyan qidalar, infarkt riskini azaldan qidalar bunlardır:

Balıq (xüsusilə omega-3 ilə zəngin: skumbriya, qızılbalıq)

Zeytun yağı və qoz, badam kimi bitki yağları

Təzə meyvə və tərəvəzlər

Tam taxıllar (yulaf, qəhvəyi düyü, tam buğda çörəyi)

Paxlalılar (noxud, mərci, lobya

Aytac,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
78
1
sitat.info

2Mənbələr