ain.az bildirir, Oxu.az portalına istinadən.
Yaponiya və ABŞ süni intellekt və simsiz şəbəkələr, o cümlədən 6G sahəsində əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırırlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Nikkei" nəşri yazıb.
Bildirilir ki, sənəd ABŞ Prezidenti Donald Trampın oktyabrın 27-29-da Yaponiyaya səfəri zamanı imzalanmalıdır. Saziş müvafiq texnologiyaların birgə ixracını və üçüncü ölkələrdə, ilk növbədə qlobal Cənubda infrastrukturun yaradılmasını nəzərdə tutur. ABŞ Prezidenti səfər çərçivəsində Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi ilə danışıqlar aparacaq, İmperator Naruhito tərəfindən qəbul ediləcək
Qəzetin yazdığına görə, ABŞ-Yaponiya razılaşmaları ilk növbədə Çinə qarşı mübarizəyə yönəlib.
Qeyd edək ki, bu, ikinci prezidentliyi dövründə Trampın Yaponiyaya ilk səfəridir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.