AZ

ABŞ-də süni intellekt polisi aldatdı: Çips paketini silah kimi təqdim etdi

ABŞ-nin Baltimor şəhərindəki Kenvud Liseyində süni intellektli video monitorinq sistemi yuxarı sinif şagirdinin əlindəki çips paketini odlu silahla səhv salıb və polisin məktəbə göndərilməsinə səbəb olub.

Bu barədə "Metro" nəşri məlumat yayıb.

Hadisə futbol məşqindən dərhal sonra baş verib. Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yeniyetmə Taki Alleni saxlayıb, yerə uzanmasını əmr edib və binadan çıxarıblar.

Şagirdin ailəsinin və şagirdin özünün sözlərinə görə, o, heç bir cinayət törətməyib. Valideynləri polisin hərəkətlərini həddindən artıq sərt hesab ediblər.
 

Seçilən
64
7news.az

1Mənbələr