Rusiya və Ukrayna arasında müharibənin yaxın zamanlarda diplomatik yolla həll olunacağı gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev CNN telekanalına müsahibəsində bildirib.
Kirill Dmitriev vurğulayıb ki, Rusiya atəşkəs deyil, konfliktin tam həllini istəyir:
"Atəşkəs yalnız müvəqqəti tədbirdir və pozula bilər. Mən hesab edirəm ki, Rusiya, ABŞ və Ukrayna diplomatik razılaşmaya yaxındır".
Müsahibə zamanı K. Dmitriev həmçinin Rusiya-ABŞ sammitinin təşkil ediləcəyini açıqlayıb:
"Prezident Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın görüşü ləğv edilməyib, yalnız təxirə salınıb".
Qeyd edək ki, oktyabrın 23-də Donald Tramp Budapeştdə Vladimir Putinin iştirakı ilə nəzərdə tutulan görüşün ləğv edildiyini açıqlamışdı.
 
                        