AZ

Dünyaya brilyant göz lə baxır

ain.az bildirir, Unikal.az portalına istinadən.

ABŞ-nin Alabama ştatında yaşayan zərgər Sleyter Cons sağ gözündə görmə qabiliyyətini tamamilə itirdikdən sonra onun yerinə 2 karatlıq həqiqi brilyantla bəzədilmiş protez göz taxdırıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Cons, bu qeyri-adi protezi göz protezi üzrə mütəxəssis Con Lim ilə birlikdə hazırlayıb. Öz peşəsini və yaradıcılığını əks etdirmək istəyən zərgərin “brilyant gözü” işıq düşdükdə parıldayaraq demək olar ki, bir sənət əsərinə çevrilir.

“Gözümü itirdim, amma həyatımda yeni bir işıq yarandı", - deyə Cons bildirib. O, bu protezin artıq yalnız tibbi bir vasitə deyil, həm də şəxsi ifadə forması olduğunu vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
2
unikal.az

3Mənbələr