AZ

Noyabrda dərs olmayacaq günlər AÇIQLANDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2025-ci il istehsalat təqviminə əsasən, noyabr ayında 12 gün qeyri-iş, dərs günü olacaq.

AzEdu.az xəbər verir ki, 8 noyabr - Zəfər Günü şənbəyə, 9 noyabr - Dövlət Bayrağı Günü isə bazara təsadüf etdiyindən 10 və 11 noyabr tarixlərində də dərs olmayacaq.

Beləliklə, noyabr ayında şənbə və bazar günləri də daxil olmaqla dərs olmayacaq günlər aşağıdakılardır:
1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr.

Qeyd edək ki, orta və tam orta təhsil səviyyələri üzrə 16-20 noyabr tarixlərində payız tətili nəzərdə tutulub.

Eyni zamanda, Konstitusiya Günü (12 noyabr) və Milli Dirçəliş Günü (17 noyabr) iş günü olan bayram günləri kimi qeyd olunur.

Seçilən
21
49
azedu.az

10Mənbələr