AZ

Tramp Asiyaya getdi

ABŞ Prezidenti Donald Tramp Asiyaya 5 günlük səfərə yola düşüb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, səfər çərçivəsində o, Malayziya, Yaponiya və Cənubi Koreyada görüşlər keçirəcək. 

Beş günlük səfər çərçivəsində Asiya ölkələri ilə ticarət sazişlərinin müzakirə olunması gözlənilir. 

Trampın oktyabrın 30-da Cənubi Koreyada Çin Sədri Si Cinpin ilə ikitərəfli görüşü də planlaşdırılır. 

Qeyd edək ki, bu, onun regiona ilk, həmçinin ikinci prezidentlik dövründə ən uzunmüddətli səfəridir. 

"Cebheinfo.az" 

Seçilən
37
5
cebheinfo.az

6Mənbələr