ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp oktyabrın 30-da Cənubi Koreyada keçirilməsi gözlənilən Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündən danışıb.
Ağ Ev rəhbəri çinli həmkarı ilə Moskva və Kiyevlə bağlı məsələləri müzakirə etmək niyyətində olduğunu və Rusiya–Ukrayna münaqişəsinin həllində Pekinin dəstəyinə ümid etdiyini açıqlayıb.
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və Çin arasında davam edən siyasi-iqtisadi gərginlik, əslində qlobal miqyasda gedən qarşıdurmanın bir hissəsidir:
“Çin öz hərbi və iqtisadi imkanlarını sürətlə inkişaf etdirir və yeni qütb formalaşdırmağa çalışır. ABŞ isə bunun qarşısını almağa cəhd edir. Tərəflər iqtisadi əlaqələrin inkişafı üçün müəyyən ortaq məxrəcə gələ bilərlər. Lakin Ukrayna məsələsində mövqeləri fərqlidir.
Məhəmməd Əsədullazadə
Çünki Pekin Moskvanın məğlubiyyətində maraqlı deyil. Əgər ABŞ Rusiyanı tam məğlub edərsə, növbəti hədəf Çin olacaq. Pekin bunu anlayır və danışıqlarda öz mövqeyini gücləndirməyə çalışır. Ona görə də Tramp və Si Cinpin arasında Ukrayna məsələsində ortaq məxrəcə gəlinməsi ehtimalı azdır”.
Turan Rzayev
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.
 
                        