Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin musiqi müəllimi işdə ölüb. Pravda.az APA-ya istinadla xəbər verir ki, 1984-cü il təvəllüdlü Günel Hüseynova işdə olarkən qəfil səhhəti pisləşib.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 25 Oktyabr 2025, 12:52