AZ

Avropa İttifaqı Bakıda təhsil sərgisi keçirir

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi “Avropada Təhsil” sərgisini təşkil edib.

525.az xəbər verir ki, 25-26 oktyabr tarixlərində keçirilən sərgidə Avropanın 10 ölkəsini təmsil edən 30-dan çox universitet iştirak edir və potensial tələbələrə təhsil imkanları barədə məlumat verilir. 

Sərginin rəsmi açılış mərasimində Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç, quruma üzv dövlətlərin səfirləri iştirak ediblər.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariyana Kyundzuç  bildirib: “Biz sizi Avropa İttifaqının  ali təhsil dünyasına dəvət edirik. “Taleyini təhsil yazsın” builki təhsil sərgisinin şüarıdır. Təhsil imkanlara açılan bir  qapıdır, bütün imkanların təməlində dayanır. Biz Azərbaycanın gənc nəslini Avropa İttifaqında ali təhsil sahəsində olan imkanları kəşf etməyə dəvət edirik”. 

Elm və təhsil nazirinin müavini Həsən Həsənov çıxışında sərginin əhəmiyyətindən danışıb. Ölkəmuzdə təhsil sahəsində  böyük islahatlar aparıldığını, dəyişiklər olduğunu söyləyib. Bu dəyişiklik xaricdə təhsil proqramında da öz əksini tapıb. Hər il 500 nəfər dövlət hesabına xaricdə təhsil alır. Nazir müavini təqaüd proqramlarından da söz açıb. 

“Avropada Təhsil” sərgisi Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin keçirdiyi geniş miqyaslı təhsil kampaniyasına daxildir. Sərgi həm də Aİ-Azərbaycan arasında daha geniş tərəfdaşlığın bir hissəsidir. Aİ Azərbaycanda təhsil sektorunu 29 layihə ilə dəstəkləyib.  

Sərginin hər iki günündə keçiriləcək məlumat sessiyalarında Avropa universitetləri təhsil proqramlarını təqdim edəcəklər. Gənc Avropa səfirləri Aİ-nin dəstəklədiyi təhsil imkanları haqqında da məlumat veriblər. 

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
102
525.az

1Mənbələr