Tailand Krallığı sabiq kraliça Sirikitin vəfatı ilə əlaqədar bir illik matəm elan edib.
Paralel.az xəbər verir ki , bu barədə krallıq sarayının bəyanatında qeyd olunub.
Qeyd edək ki, ötən gün 93 yaşında vəfat edən Sirikit uzun müddət xəstəliklərlə mübarizə aparıb və 2019-cu ildən xəstəxanada müalicə alırdı.
Sirikit mərhum kral Bhumibol Adulyadejin həyat yoldaşı idi. Onun oğlu Maha Vajiralongkorn isə hazırkı Tailand kralıdır.