AZ

Əmisi qızına təcavüz edən oğlan polis şöbəsində öldürdü

Türkiyədə gənc oğlan əmisi qızına təcavüz edən oğlanı polis şöbəsində öldürüb.

Sitat.info  lent.az-a istinadla xəbər verir ki, hadisə Konya şəhərinin Məram qəsəbəsi, Laləbaxça Polis Şöbəsində qeydə alınıb.

18 yaşlı Sərdar B. 16 yaşlı R.N.K.-ya təcavüz etdiyi üçün saxlanılaraq, şöbəyə aparılıb. Hadisəni eşidən zərərçəkən qızın əmisi Seyfəddin K. və oğlu 22 yaşlı Ənəs K. da şöbəyə gəliblər. Burada Ənəs şöbədə qarşısına çıxan Sərdarı bıçaqlayıb. Xəstəxanaya aparılan oğlanı xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı ata və oğul saxlanılıb. Araşdırma aparılır.

Seçilən
15
6
sitat.info

7Mənbələr