AZ

Qəbələdə bədii gimnastika üzrə turnir davam edir - FOTO

“İdman Paytaxtı” Qəbələdə bədii gimnastika üzrə “Grace of nature” turniri davam edir.

İdman.Biz xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil edilən yarışın ikinci günündə 2014, 2015 və 2016-cı il təvəllüdlü gimnastlar müxtəlif alətlər üzrə bacarıqlarını nümayiş etdirirlər.

Qeyd edək ki, turnirə oktyabrın 26-da yekun vurulacaq. Yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 20 idman klubundan fərdi proqram üzrə 203 gimnast və səkkiz qrup hərəkətləri komandası iştirak edir.

İdman.Biz

Seçilən
27
1
idman.biz

3Mənbələr