AZ

Borca görə axtarışda olan daha 111 nəfər saxlanıldı –BİR GÜNDƏ

Oktyabrın 24-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat Xidmətindən Senzor.az-a verilən məlumata əsasən, axtarışda olduğuna görə ümumilikdə 136, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Həmçinin narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

 

Qurumdan əlavə olunub ki, cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Seçilən
26
49
senzor.az

10Mənbələr