AZ

ABŞ-də maaş böhranı: Nə baş verir?

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) heyətinin maaşlarını ödəmək üçün ABŞ Prezidenti Donald Trampın adını açıqlamadığı “bir müttəfiqinin” təqdim etdiyi 130 milyon dollarlıq ianədən istifadə edəcəyini təsdiqləyib.

"Cebheinfo.az" "CNN"ə istinadən xəbər verir ki, ABŞ-də federal hökumətin fəaliyyətinin dayandırılması səbəbilə Pentaqon, tərkibindəki personalın maaşlarını ödəmək üçün ianədən istifadə etməyi planlaşdırır.

Buna əsasən, Pentaqon Trampın “adı ictimaiyyətə açıqlanmayan bir müttəfiqinin” təqdim etdiyi 130 milyon dollarlıq ianəni maaş ödənişləri üçün istifadə edəcəyini təsdiqləyib.

Pentaqon sözçüsü Şon Parnell açıqlamasında bildirib ki, bu ianə əsgərlərin maaş və əlavə haqlarının “xərclərini qarşılamaq” məqsədilə edilib və vəsait nazirliyin “ümumi ianə qəbul səlahiyyəti” çərçivəsində qəbul olunub.

Amerikalı demokrat senator Kris Kuns bu məsələ ilə bağlı açıqlamasında belə deyib:

“Ordumuzu maliyyələşdirmək üçün anonim ianələrdən istifadə etmək, əsgərlərimizin xarici qüvvələr tərəfindən satın alınması və maaşlarının ödənməsi riskinə məruz qalıb-qalmadığı ilə bağlı narahatedici suallar doğurur”.

Ağ Ev rəsmiləri isə oktyabr ayının ilk yarısında hərbi ödənişlərin ümumi dəyərinin təxminən 6,5 milyard dollar olduğunu təsdiqləyiblər.

Vaşinqtonda yerləşən Amerika Təşəbbüs İnstitutunun (AEI) müdafiə büdcəsi üzrə analitiki Todd Harrison bildirib ki, bu ianə “ordunun bir günlük maaş xərclərinin təxminən üçdə birini qarşılayır”.

Seçilən
88
1
cebheinfo.az

2Mənbələr