AZ

İsrail yenidən Livana zərbə endirib

Livanın cənubundakı Haruf kəndində İsrailin pilotsuz uçuş aparatının hücumu nəticəsində bir nəfər yaralanıb.

"Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Livanın "Əl-Əxbar" qəzeti məlumat yayıb.

Məlumata görə, hücum kənddəki məktəbin yaxınlığında yerləşən bir nəqliyyat vasitəsini hədəf alıb.

İsrail Müdafiə Qüvvələri hələlik hadisə ilə bağlı şərh verməyib.

"Cebheinfo.az" 

Seçilən
37
8
cebheinfo.az

10Mənbələr