AZ

Xəzər rayonunun şəhər xəstəxanasında travmatoloq problemi

Sosial şəbəkələrdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında travmatoloq çatışmazlığı ilə bağlı paylaşım geniş müzakirələrə səbəb olub.

İddialara görə, xəstəxanada yalnız bir həkim-travmatoloq çalışır və o da günorta saat 12-yə qədər xəstəxanada olur. Günün ikinci yarısında isə travmatoloji yardıma ehtiyacı olan xəstələr xidmət ala bilmirlər.

Publika.az xəbər verir ki, Baku TV məsələni aydınlaşdırmaq üçün adıçəkilən xəstəxanada olub.

Tibb mərkəzinin şöbə müdiri Vəsilə Əliyeva bildirib ki, hazırda xəstəxanada yalnız bir travmatoloq - Cavid Cəfərov fəaliyyət göstərir:

"O, yarım iş vahidində çalışır və gün ərzində orta hesabla 4-5 xəstə qəbul edir. Təcili hallarda pasiyentlər əvvəlcə Qeydiyyat şöbəsinə müraciət edirlər, ilkin tibbi yardım göstərildikdən sonra isə aidiyyəti tibb müəssisələrinə yönləndirilirlər. Həkim-travmatoloq vəzifəsi üzrə vakansiya açılıb".

Seçilən
8
2
publika.az

3Mənbələr