AZ

Fəzail Ağamalı istefa verib, yeni sədr seçilib – Oğlu faktları açıqladı

Milli Məclisin deputatı Fəzail Ağamalı sədri olduğu Ana Vətən Partiyasında (AVP) “qurultay qalmaqalı” davam edir. Fəzail Ağamalı oğlu Elçin Ağamalı barədə dediklərindən sonra E.Ağamalı açıqlamasında atasının dediklərini tamamilə təkzib edib.

 

O, Pravda.az-a açıqlamasında haqqında deyilənlərin tamamilə yanlış olduğunu bildirib.

 

“Məsələnin yüz faiz əksi baş verib. Sədr seçilməməyim üçün qarşı tərəf əlindən gələni edib. Fəzail müəllimin dediklərinə təkzib olaraq qurultayla bağlı əlimdəki videogörüntüləri mətbuata verəcəyik. Qurultayda Fəzail müəllim istefa verdi, qurultay istefasını qəbul etdi. Bundan sonra sədr seçkilərinə gedildi, yeni sədr seçildi. İstefa verilməyən partiyada sədr seçkiləri ola bilərmi? Fəzail müəllim artıq AVP-nin sədri deyil. Sədr ola-ola partiya sədrliyinə namizədlər verilə bilər?” – o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 25 Oktyabr 2025, 15:56   
Seçilən
127
pravda.az

1Mənbələr