Kamçatka sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatkadan 373 km məsafədə yerləşib, hiposentrin dərinliyi isə təxminən 22 km təşkil edib.