AZ

Elman Nəsirovun qızı video yaydı Atasına ağır ittihamlar + VİDEO

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Laləzar Əliyeva adlı sosial şəbəkə istifadəçisi “TikTok”da video paylaşaraq millət vəkili Elman Nəsirovun qızı olduğunu deyib.

O, deputatın birinci nikahından dünyaya gəldiyini iddia edib.

L.Əliyevanın sözlərinə görə, 4 yaşı olanda valideynləri ayrılıb və o, anası ilə birgə yaşayıb. Qeyd edib ki, Elman Nəsirov indiyədək onunla maraqlanmayıb, hətta toyunda da iştirak etməyib. Hazırda isə çətin vəziyyətdədir.

“Qafqazinfo” məsələ ilə bağlı deputat Elman Nəsirovla əlaqə saxlayıb. O, videodakı xanımla bağlı aşağıdakıları bildirib: “Tamamilə yalan və uydurma məlumatdır. Bu, radikal müxalifətin və müəyyən maraqlı dairələrin mənim əleyhimə başlatdığı yeni kampaniyadır. Açığı, fəallığımın fonunda mən bunu gözləyirdim. Vəssalam.”

Laləzar Əliyeva isə növbəti paylaşımında sübut kimi valideynlərinin toyundan fotolar paylaşacağını açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
azpolitika.info

2Mənbələr