AZ

Pakistanda ağır avtomobil qəzası:Ölənlər və yaralananlar var

Pakistanın şərqindəki Pəncab əyalətində yük maşını ilə mikroavtobus toqquşub.

Avtosfer.az-ın "Sinxua" agentliyinə istinadən xəbərinə görə, bu barədə ölkənin "1122" xilasetmə xidmətinin rəsmi nümayəndəsi məlumat verib.

Məlumata görə, qəza Hafizabad yolunda, Qucranvala rayonunun Kila Divan Sinqh ərazisi yaxınlığında baş verib.

Sürətlə hərəkət edən yük maşını içində bir ailənin üzvləri olan mikroavtobusa (furqon) çırpılıb, nəticədə beş nəfər yerindəcə həyatını itirib, dörd nəfər isə ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

"Ölənlər arasında üç kişi və iki qadın var", - deyə nümayəndə bildirib.

Seçilən
84
avtosfer.az

1Mənbələr