AZ

Kibercinayətkarlara qarşı əməliyyat keçirilib VİDEO

ain.az bildirir, Azvision portalına istinadən.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az -a verilən məlumata əsasən, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən tədbirlərlə qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan 5 fərqli dəstənin 12 nəfərdən ibarət üzvü: Əjdər Əzizov, Fərman Cəfərov, Hikmət Quliyev, habelə Adəm Əliyev və tanışı Cavid İsmayılzadə, Əlvan Musayev eləcə də onunla əlbir olan Məhərrəm Babayev, Rəvan Mehdiyev, Aydın Məmmədzadə və Adil Məmmədov, həmçinin Alşan Səfərov və Rüstəm Novruzov saxlanılıblar. Daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, saxlanılan şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişlər edərək alıblar. Daha sonra həmin kartların böyük əksəriyyəti cinayət əməllərində istifadə edilməsi məqsədilə əsəsən "Telegram" sosial şəbəkəsində ölkə xaricində cinayətkar fəaliyyətlə məşğul olan şəxslərə satılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin əldə etdikləri 2 mindən artıq bank kartının cinayətkar fəaliyyətə yönləndirildiyi aşkarlanıb. Qeyd edək ki, əksər hallarda öz kartını dəstə üzvlərinə təqdim edən şəxslər onların hansı məqsədlər üçün istifadə ediləcəyindən xəbərsiz olublar. Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir. Vətəndaşlara bir daha müraciət edərək bildiririk ki, öz bank rekvizitlərinin üçüncü şəxslərə "drop", yəni cinayət faktlarında istifadə edilməsi məqsədilə təqdim olunması yolverilməzdir. Əgər bank kartınızdan qeyri-leqal məqsədlər üçün istifadə edildiyini müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə və ya sizə ödəniş müqabilində kart məlumatlarınızı satmaq təklif edilirsə, bu barədə dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə edilir.

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
49
azvision.az

10Mənbələr