[center]
[/center]Bakı şəhəri (Şıxov), Salyan şosesində yerləşən məşhur "La Marine” restoranı cərimələnib.Qaynarinfo-nun məlumatına görə, Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən "La Marine” restoranı barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.Məlum olub ki, "La Marine” restoranın rəhbərliyi reklam haqqında icazələrin şərtlərini pozaraq obeyktin üzərində müvafiq icazə olmadan 2 ədəd reklam yerləşdirib.Məhkəmənin hökmü ilə "La Marine”nin rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimə edilib.(Qaynarinfo)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta