AZ

“Barselona" qalib gələndə bu, sadəcə idman uğuru deyil”

“Barselona” klubunun prezidenti Joan Laporta komandası barədə fikirlərini bölüşüb. 

90deqiqe.Az-ın məlumatına görə, funksioner “El Klasiko” öncəsi verdiyi müsahibədə bildirib:

“Mən qaliblərdən heç vaxt bezmirəm. "Barselona"nı qələbə qazandığını izləmək bizim, klub azarkeşlərinin artıq daxili hissinə çevrilib. Bu, təkcə idman uğuru kimi deyil, daha böyük bir duyğu kimi hiss olunur.”

Qeyd edək ki, ötən mövsümdə kataloniyalılar İspaniyada bütün turnirləri qazanmış, həmçinin Madrid “Real”ına qarşı dörd görüşün hamısında qalib gəlmişdilər.Qarşıdakı “Real” – “Barselona” oyunu oktyabrın 26-da, “Santyaqo Bernabeu” stadionunda, Bakı vaxtı ilə 19:15-də başlayacaq.

Seçilən
55
90deqiqe.az

1Mənbələr