AZ

Rusiyada nə baş verir?-Bütöv şəhəri qaz və aseton qoxusu bürüdü

Rusiyanın Omsk şəhərində ekoloji problem yaranıb.

Publika.az xəbər verir ki, Omsk sakinləri şəhəri bürüyən qaz və aseton qoxusuna görə kütləvi şəkildə şikayətləniblər. Sakinlər bu barədə qubernator Vitali Xotsenkonun VKontakte səhifəsində yazıblar.

"Omskda necə nəfəs alaq? "Mayak" Ticarət Mərkəzinin yaxınlığındakı Kuzminkidə ekoloji emissiyaya (ekosistemə ziyan vuran, çirkləndirici maddələrin atmosferə, suya və ya torpağa buraxılması-red.) görə qoxu yenidən dəhşətli hal alıb! Sol sahildə olanlar boğulurlar! Həftəsonudur və sakinlər çölə belə çıxa bilmirlər! Real tədbirlər nə vaxt görüləcək??? Ekologiyanın qorunması bizim sağlamlığımızdır! Biz təmiz hava istəyirik!",- Katya Morozova adlı sakin yazıb.

Region qubernatoru hələlik şərhlərə cavab verməyib.

Seçilən
16
50
publika.az

10Mənbələr