AZ

Noxud — arıqlamaq üçün faydalı müttəfiqdir

Noxud

Noxud - Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar.Qeyd edək ki, noxud bədənə enerji verər və bədəni qüvvətləndirər. Əzələlərin inkişafına və yenilənməsinə kömək edir. Qansızlığa faydalıdır. Qan xərçənginə qarşı qoruyucudur. Qaraciyərin işini nizama salır. Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər.Noxud — arıqlamaq üçün faydalı müttəfiqdir Həm dadlı, həm də faydalı qidalanmaq istəyirsinizsə — noxudu seçin! Bu paxlalı bitki növü yalnız toxluq hissi vermir, həm də formada qalmağa kömək edir. Budur, onun faydaları:Əlavə kalorisiz enerji Noxud lif və bitki mənşəli zülallarla zəngindir — bu isə uzun müddət toxluq hissi verir və artıq yeməyin qarşısını alır.Həzm sisteminə dəstək Tərkibindəki fol turşusu, dəmir, antioksidantlar və minerallar həzm sisteminə müsbət təsir göstərir, həzmsizlik və tez-tez baş verən narahatlıqların qarşısını ala bilər.Çəkiyə nəzarət üçün uyğundurNoxud az kalorili, lakin yüksək qida dəyərinə malik məhsuldur. Əgər ac qalmadan çəki atmaq istəyirsinizsə, rasionunuza mütləq daxil edin.Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir. Bunun sayəsində noxud qarışıq yem sənayesi üçün dəyərli bitki proteini təchizatçısıdırR.Daşdəmirova

Diqqət Çəkənlər

Qazaxda Gənclər Narkomaniyaya Qarşı Maarifləndirilir – Sağlam Gələcək Naminə!

Ağstafada musiqi müəllimi dərs zamanı vəfat edib VİDEO

Taşkentdə “Beş Qazan”da doğmalıq dadı – Özbek aşının qardaşlıq süfrəsi

Seçilən
63
ulusum.az

1Mənbələr