AZ

Papa XIV Leo Livanın Baş naziri ilə görüşüb

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Katoliklərin ruhani lideri Papa XIV Leo bu gün Livan Baş naziri Navaf Salam və müavini Tarik Mitri ilə görüşüb.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, görüşlər Vatikanın Dövlət Katibliyində keçirilib.

Görüşdə iki ölkə arasında mövcud diplomatik əlaqələr və Papa XIV Leonun 30 noyabr – 2 dekabr tarixlərində Livana edəcəyi rəsmi səfər üçün ortaq gözləntilər müzakirə olunub.

Həmçinin, Livan xalqının ölkənin islahat və sabitlik proseslərinə olan ümidləri və bölgədə tam sülhün təmin olunması istiqamətindəki ortaq arzular ifadə edilib.

Baş nazir Navaf Salam Livan xalqının Papanın səfərini böyük sevinc ilə gözlədiklərini bildirib.

Seçilən
17
3
turkic.world

4Mənbələr